Mənim həqiqətlərim: Paşinyan Rusiyada yaşayan erməniləri Ermənistana buraxsaydı məğlub olacaqdı
Mənim həqiqətlərim: Paşinyan Rusiyada yaşayan erməniləri Ermənistana buraxsaydı məğlub olacaqdı
08.06.2026 Şöhrət El-Dəniz Tərəfindən

Sosial media üzərindən yazdığım qeydlər

Paşinyan Parlamentdə çoxluq əldə edə bilməsə də qalib gəldi.

***

ABŞ İranın İsrailə endirdiyi raket zərbələrini soyuqqanlı qarşıladı. Çox güman ki, Tehran zərbələrdən əvvəl Vaşinqtonu məlumatlandırıb.

***

İran İsrail vurdu. Böyük müharibə, yoxsa ABŞ İsraili dözümlü olmağa vadar edəcək?

***

Paşinyan Rusiyada yaşayan erməniləri Ermənistana buraxsaydı məğlub olacaqdı. 2 milyon 500 min seçicidən yalnız 1 milyon 200 min vətəndaş seçkidə iştirak etdi. Bunlarında təqribən 55-56 faizi Paşinyana səs verib. MSK-nın siyahısında olan amma ortada olmayan, yəni Rusiyaya nökərcilik üçün gedən o bir milyon 300 min erməni səs vermədə iştirak etmədi. Bunları nəzərə alsaq və yerdə qalan 40 faizi də hesablasaq məntiqnən də saynan da Paşinyan əslində məğlub olub. Deməyim o ki, hazırda revanşist, Azərbaycanla müharibə istəyən erməni sülh istəyən ermənidən çoxdur. Sadəcə özlərini ifadə edə bilmədilər. Yəni ermənilər sülhə yox müharibəyə səs verdilər. Sadəcə Paşinyan Avropa Birliyinin köməyi ilə seçkiləri bu cür "demokratik" keçirdiyi üçün ilk baxışdan erməni toplumu sülhə səs verdi görüntüsü yarandı.

***

Saat 17:00 olan məlumata görə 2 milyon 503 min vətəndaşdan 1 milyon 224 min seçici təqribən 49 % səsvermədə iştirak edib. Məncə 50 -55 faizdən yuxarı olmayacaq. Rəqəmlər maraqlıdır. Deməli əhalinin yarıdan çoxu ölkədə yoxdur. 3 milyon deyirlər. Amma rəqəmlər deyir ki, Ermənistanda heç milyon yarım insan yaşamır. Maraqlı araşdırma mövzusudur.

***

Erməni polisi səsvermədə iştirak etmək üçün Rusiyanın İrkutsk şəhərindən gətirilən 143 nəfəri saxlayıb.

***

Erməni müxalifəti iddia edir ki, seçkidə bir azərbaycanlı və bir türk səsvermədə iştirak edib.
Maraqlıdır bu şəxslər kimdir.

***

Mediada, efirdə CNN-də gedən yazı daha çox Tehran və Moskva mərkəzli baxış bucağından şərh edilir. Şərhlər ABŞ-Azərbaycan və İsrail-Azərbaycan münasibətlərini mənfi xarakterizə edən istiqamətdə gedir. Amma ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən, Zəngəzur dəhlizinin açılmasına, 907-ci düzəlişin Konqresdə ləğv olunmasına mane olmağa çalışan, Bakıya daim təzyiq göstərən, erməni lobbisinə dəstək verən, Tehran rejimini himayə edən Baydençilərdən, Demokratlardan, qlobalistlərdən danışan yoxdur. Heç kim CNN-nin Demokratlar partiyasının, Qlobalistilərin, SOROS-çuların media qurumu olduğunu demir. Niyə?

***

Bu şərəfsiz Tehran mollaları bizi günahkar çıxartmaq istəyir.

Azərbaycanda İsrailin hərbi baza söhbətinin şər, yalan olduğunu bilirlər deyə indi də guya Təbrizin, Güney Azərbaycanın dərdini çəkirlər. Dünən bütün günü kloun-siyasi şərhçiləri efirə çıxardıb niyə Azərbaycan Təbrizə hücumlara münasibət bildirmədi deyib Bakını ittiham ediblər. Raketləri aparıb məktəblərdə, tibb müəssisələrində yerləşdirib camaatı qırğına verən bunlar, günahkar biz. Azərbaycan İrana edilən hər iki hücumda ABŞ və İsrailə dəfələrlə müraciət etdi ki, Təbrizə, Ərdəbilə, Qəzvinə və digər Güney Azərbaycan şəhərlərinə imkan daxilində hücum etməsin. ABŞ və İsrail də bu xahiş və tələbə riayət etdi. Güney Azərbaycanda bir-iki hərbi obyektdən başqa mülkü məkanlara bir bomba belə atmadı. Bir mülki şəxs ölmədi. Bakı sizdən fərqli olaraq Güney Azərbaycanlılara öz soydaşı, milləti kimi sahib çıxdı. İndi iki-üç şərəfsiz, manqurt azərbaycanlını çıxardıb efirdə Azərbaycana qarşı hürdürürlər.

Bu şərəfsiz Tehran şovinistlərinin cavabını mütləq vermək lazım. Biz qonşularımıza qarşı heç vaxt səhv addım atmadıq. Rus, erməni, fars millətçilərindən fərqli olaraq heç vaxt kimisə arxadan vurmadıq. Ona görə bunların Azərbaycana qarşı işlətdikləri hər kəlmələrinə, hər addımlarına sərt cavab verməliyik.

***

CNN-nin iranlı molla dostları başladılar ittihama. Səhər Azəri kanalının manqurtları udquna-udquna Azərbaycanı günahkar çıxartmağa çalışır. Ay xərlər, nə ABŞ, nə də İsrail sizi tarixdən silib ata bilməyəcək. Çunki istəmirlər. Siz onlara xər kimi lazımsın. Amma Azərbaycan sizi silib ata bilər. Türklərlə düşmənçiliyin sonu ölümdür. Çombağa sürtüşməyin. Gedin amerikan və yəhudilərlə oyun oynayın. Zatən sizi dəyisməyəcəklər. Sizdən yaxşı onlara xidmət edən olmayacaq.

***

Tehran, qlobalistlərin, SOROS-çuların, Baydençilərin yuvası olan CNN-nin təxribatına getsə problemi Azərbaycan yaşamayacaq, İran yaşayacaq. Onsuzda CNN dediklərini mollaların radikal qanadı çoxdan deyir. Amma ortada nə sübut var nə də sənəd. İndi mollaların ABŞ-dəki Demokrat dostları bunlara növbəti dəfə pas atıb. Ağıllı olsunlar tırkaya getməsinlər. Azərbaycan ərəblər deyil.

P.S. Bu təxribat dolu hadisədən sevinən, qol açıb oynayan bəzi mühacir və müxalif yazarların, bloggerlərin isə boynunu yerə soxum. Bu ölkədə sizin valideynləriniz, qohumlarınız, doğmalarınız da yaşayır. Nəyə və niyə sevinirsiniz?

***

Bugünkü qalıb duruşlu Azərbaycanda vətəndaş qaçqın, köçkün kimi aşağılayıcı, yazıq adlardan və statusdan xilas olmalıdır. Qalib ölkənin vətəndaşı özünü layiq olduğu ada uyğun aparmalıdır.

***

Hardan hara gəldik.

Siyasi analitiklər Rusiya ordusunun Ermənistanı işğal etməsi planı barədə müzakirələr aparırlar. Və planda rus ordusunun Gürcüstan ərazisindən keçməklə Ermənistana girəcəyi barədə proqnozlar verirlər. Çünki Azərbaycanın rus qoşunlarını öz ərazisindən keçməklə Ermənistanı işğal etməsinə imkan verməycəyini bilirlər və deyirlər. Sözün düzü Rus ordusunun Gürcüstandan basa-basa Ermənistana girəcəyini düşünmürəm. Kreml İrəvanda hakimiyyəti hərbi yolla ələ almaq istəsə Gümrüdəki hərbi qüvvə bəs edər. Sadəcə məsələ ondadır ki, ermənilərin hələ də düşmənçilik etməsinə rəğmən bunların regionda sağ qalmasının yeganə qarantı kimi Azərtbaycan və Türkiyə özünü qabağa verib.

Yəni 6-7 il bundan əvvəl bir dövlət kimi məhvini istədiyimiz Ermənistanı indi ondan-bundan qorumağa məcburuq.

Təbii ki öz maraqlarımıza görə. Yoxsa bizə ziyan dəyməsə cəhənnəmə canları deyib heç o tərəfə baxmarıq. Amma mümkün deyil. Ermənistanı və Gürcüstanı qorumaqla əslində Azərbaycanın da müstəqilliyini qoruyuruq.

***

Rusların və dəstək verdikləri erməni müxalifətinin hay-küyündən görsənir ki, Kreml Moldovada olduğu kimi Ermənistanda da uduzacaq. Ruslar Cənubi Qafqazı tam itirməsə də əvvəlki kimi özlərini ağa kimi apara bilməyəcəklər. Bu vəziyyətdə bölgədə üstün və lider durumda olan yeganə dövlət Azərbaycandır. Avropa və ABŞ Ermənistanı nə qədər bəsləsə də Azərbaycan olmadan İrəvan uzun müddət duruş gətirə bilməyəcək. Cənubi Qafqazda baş verən bütün proseslər Bakıda tənzimlənir. Əslində Moskva da bölgənin idarəetmə mərkəzinin Bakıya keçməsindən ciddi narahat deyil. Həm Avropa və ABŞ, həm də Rusiya ilə məsafəli davranış, Çin və Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynaması, Türkiyə başda olmaqla müsəlman ölkələri ətrafında birləşdirməsi Rusların da işinə yarıyır.

P.S. Hələlik yarıyır.

Şöhrət El-Dəniz 

visiontv.az