Mənim həqiqətlərim: Cəmiyyətdə tərbiyəsiz adamların sayı dəhşət artıb
Mənim həqiqətlərim: Cəmiyyətdə tərbiyəsiz adamların sayı dəhşət artıb
18.06.2026 Şöhrət El-Dəniz Tərəfindən

Sosial media üzərindən yazdığım qeydlər.

Bayaq oxudum ki, Tramp Pezeşkianla gözlənilən sənədə imza atıb. Deyirəm hərlədilər - fırladılar ABŞ ilə perspektivi olmayan sənədi yazıq Pezeşkiana imzalatdılar. Qalibaf hiyləgər farsdır. Bilir ki, şovinist paydarçılar və Sepah dinc duran deyil. Sənədə, imzaya da baxan deyillər. Beyin çöndü raketləri buraxacaq İsrailə sarı. Aləm dəyəcək bir-birinə. Satqın və xəyanətkar kimi dar ağacından asılan isə sənədə imza atan bədbəxt olacaq.

P.S. Mən də fikirləşirdim ki, yaxşıki bu oyunda Pezeşkian yoxdur. Sən demə ona sürpriz hazırlayıblar.

***

İsrail, ABŞ–İran anlaşmasının mətnini hələ əldə edə bilməyib. İran özünə sərf edəni paylaşdı. ABŞ isə hələ açıqlamayıb. Tramp dedi ki, yəqin iyunun 19-dan sonra açıqlanar. Anlaşmada İranını paylaşdığı şərtlərdən başqa nə ola bilər ki, Ağ ev belə ciddi şəkildə gizlədir.

***

Məmurları dahi, siyasi lider, tarixi şəxsiyyət kimi sözlərlə ifadə edəndə yaxşı halda Ramiz Mehdiyevə çevrilirlər. Məmur adından da bəllidir ki, ona verilən tapşırığı yerinə yetirən, vətəndaşa xidmət göstərən bir vəzifə, statusdur. Məmurun tutdugu mövqedən, vəzifəsindən asılı olmayaraq dahisi, tarixi şəxsiyyətlisi olmur. Bu fikir dövlət başçılarına, siyasi liderlərə aiddir. O da hələ layiq olsa. Bunları şişirdib niyə başımıza bəla açırsınız.

***

Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şura birləşdirilir. Bir-birini təkrarlayan bütün qurumların birləşdirilməsi doğru addımdır.

***

Ağ ev İranla ABŞ arasında əldə edilən anlaşmanı bacasından çıxan ağ tüstü ilə dünyaya elan etdi. Ağ tüstü adətən Papa seçiləndə Sikstin kapellasının damındakı bacadan çıxır. Bəs Ağ ev niyə bu üsuldan istifadə etdi? Bəlkə demək istəyir ki, Vaşinqtonda İranla bağlı gedən xristian-yəhudi qarşıdurmasında Vatikan qalib gəldi?Vatikan ilk gündən bu müharibəyə qarşı idi. Və İranın 100 illərdir Yaxın Sərqdə nə yaxın müttəfiqi və qoruyucu rolunda çıxış edir. Çunki əsrlərdir İranı sünni ərəblərə və türklərə qarşı istifadə edir. Belə bir qiymətli müttəfiqinin məhv olmasına bu dəfə də imkan vermədi.

***

İrandan sonra Türkiyədir deyənlərə və sevinənlərə. İran məğlub olsaydı Türkiyə Yaxın Şərqdə yeganə hegemon müsəlman dövlət, Azərbaycan isə bütöv və güclü türk dövləti ola bilərdi. Ən azı Güney Azərbaycan Türk dövləti yarana bilərdi. Amma indi İran İsrail və ABŞ ilə dil tapıb mediada yayımlanan anlaşmanı imzalasa bəli növbəti hədəf Ankara olacaq. Və bu işdə dəstək verdiyiniz fars qardaşlarınız Türkiyəyə qarşı cəbhə açanların yanında olacaq.

P.S Hətta bəzən mənə elə gəlir ki, bu müharibə daxildən parçalanma ərəfəsində olan İran rejiminin xilası üçün təşkil edildi. İranı restat etdilər və bölgənin güc mərkəzinə çevrirlər.

***

Cəmiyyətdə tərbiyəsiz adamların sayı dəhşət artıb. Axşam Əcəmidən manatlıq taksi ilə evə gedirəm. Yanımda maşın gözləyən xanımlar da dayanır, kişilər də. Axşam yoldan keçən maşınların tən yarısı özü də bu Çinin təzə çıxan maşınları yolda dayanan baxımlı bir qız, xanım gördü gəlib dayanır qarşısında hırıldayıb üzünə baxır ki, bəlkə mindi. Sir-sifətlərindən görünür ki, bu şərəfsizlər maşının kreditini hələ verib qurtarmayıb belə. Amma "kişi" bazlıq edir. Görün şəhərdə nə qədər o cındır gədələr kimi yiyəsiz-sahibsiz tör-töküntü var. Araşdırsan evdə arvad-uşaq, ata-ana onun bunun qabağında nökərcilik edib çörək pulu qazanır. Amma bu oğraşlar kreditə maşın götürüb şəhərlər yatır axşamlar da düşür küçələrə qız ovuna. Əlacım ola hamısını xədim edib xınayaxdıda göbək rəqsi oynadaram.

Şöhrət El-Dəniz

visiontv.az