Məmməd Abbasbəyliyə İqtisadiyyat Nazirliyində vəzifə verilib
21.04.2025

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin keçmiş rəhbəri Məmməd Abbasbəyliyə iqtisadiyyat nazirinin müşaviri vəzifəsinin müvəqqəti icra edilməsi həvalə edilib.

Bu barədə “APA-Economics”ə etibarlı mənbədən bildirilib.

Qeyd edək ki, bu ilin mart ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib. Bununla da M.Abbasbəyli Dövlət Xidmətinin rəisi vəzifəsini itirib.

Visiontv.az