Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib
05.06.2026

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib.

Mehriban Əliyevanın bununla bağlı "X" hesabındakı paylaşımında deyilir: "Avropa çempionatının qalibi olan  Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!"

visiontv.az