Azərbaycanlı mədəni fəalar və bir sıra mədəniyyət xadimləri Şərqi Azərbaycan əyalətinin Radio və Televizya Verilişləri Şirkətinin başçısı Əkbər Rzayi Təbrizinin tutduğu vəzifədən qovulmasını tələb ediblər.
Bu haqda Təbrizin sosial şəbəkə kanallarında məlumatlar yayılıb.
Tələb, Rzayi Təbrizinin Azərbaycan mədəniyyəti və rəqsi ilə bağlı son çıxışından sonra irəli sürülüb.
Rzayi bir neçə gün əvvəl keçirilən iclasda Azərbaycan rəqsi kimi təqdim olunan rəqsin Azərbaycanla heç bir əlaqəsinin olmadığını deyib və onun icrasına məhdudiyyətlərin tətbiqini dəstəkləyib.
O, bununla yanaşı Azərbaycan mədəniyyətinə aid olan bəzi elementlərin də "yadlara məxsus" olduğunu iddia edib.
visiontv.az