Bəzən insan üçün siyasi və dini kimlik sadəcə dünyagörüşü olmaqdan çıxaraq onun sosial kimliyinin əsas hissəsinə çevrilir. Bu zaman siyasi liderin, partiyanın və ya dini qrupun tənqidi insan tərəfindən özünə yönəlmiş hücum kimi qəbul edilə bilər.
Sosial psixologiyada buna yaxın anlayışlardan biri affektiv qütbləşmədir: insan artıq qarşı tərəfin fikrini deyil, qarşı tərəfin özünü sevməməyə başlayır.
Türkiyədə aparılan araşdırmalar da dini–sekulyar kimliklə siyasi partiya kimliyinin getdikcə bir-birinə bağlandığını göstərir. Belə mühitdə dünya “bizimkilər” və “qarşımızdakılar” şəklində daha asan bölünür.
Son günlər sosial mediada Azərbaycana qarşı sərt mövqe tutan bəzi qrupların davranışını da bu çərçivədə nəzərdən keçirmək olar. Azərbaycan konkret xarici-siyasi məsələdə onların gözlədiyi mövqeni tutmadıqda hadisə sadəcə dövlətlərarası mövqe fərqi kimi deyil, dini-siyasi “biz” qrupuna sədaqətsizlik kimi şərh edilə bilər.
Burada kollektiv narsisizm də prosesə qoşulur: “bizim tərəf” yalnız doğru deyil, onun haqlılığı başqaları tərəfindən də qəbul edilməlidir.
Beləcə dünən “qardaş” adlandırılan xalq bir hadisədən sonra “düşmən” kimi təqdim edilə bilir.
Çünki fanatik qrup kimliyində qardaşlığın əsas şərti bəzən yaxınlıq deyil, bizim kimi düşünməkdir.
Neandertal
visiontv.az