Qalibaf: İranın 7 şərti yerinə yetirilmədən heç bir danışıq aparılmayacaq
24.11.2026

“İran düşmənin addımlarına qəti cavab verməyə və döyüşün coğrafiyasını dəyişməyə hazırdır”.

Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentdəki çıxışı zamanı regionda baş verən son hadisələrə münasibət bildirərkən deyib.

“Sözümüz əvvəldə dediyimiz kimidir. İranın 7 şərti yerinə yetirilmədən heç bir addım atılmayacaq və heç bir danışıq aparılmayacaq”, - parlamentin sədri vurğulayıb.

Qalibaf  ABŞ Prezidenti və maliyyə nazirinin son bəyanatlarına da toxunaraq bildirib ki, İranın mövqeyi aydın və dəyişməzdir.

visiontv.az