"Ermənistanın yeni konstitusiya layihəsində "müstəqillikdən imtina edilməsinin təbliğatı"nı aparan partiyaların fəaliyyətinin qadağan edilməsinə dair bənd var".
Bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibəsində bildirib.
Nazir qeyd edib ki, hazırda qanunvericilik səviyyəsində partiya fəaliyyətinin məhdudlaşdırılması xarici maliyyələşdirmənin qadağan edilməsi ilə əlaqədardır və Ermənistan hakimiyyəti bu bəndi yeni Konstitusiya layihəsinə də daxil etmək qərarına gəlib. Qalyan iddia edir ki, bunda məqsəd gələcəkdə heç bir hökumətin bu qanunvericilik müddəasını dəyişdirməməsini təmin etməkdir.
"Biz, həmçinin partiya fəaliyyətinin qadağan edilməsi üçün yeni bir əsas da nəzərdən keçirmişik ki, bu da müstəqillikdən imtina edilməsinin təbliğatıdır", - deyə nazir bildirib.
Ermənistanın Rusiya və Belarus ittifaqına qoşulması ideyasının təbliğinin bu cür təbliğat hesab edilə biləcəyi sualına cavab olaraq Qalyan təfərrüata girməməyə çağırıb. Eyni zamanda, onun fikrincə, bu cür ajiotaj ilk növbədə məhdudiyyətlər altına düşür.
"Burada iki komponent var: müstəqillik və suverenlik. Bəli, yeni konstitusiya layihəsinin mətninə əsasən müstəqilliyimizi güzəştə getmək çağırışı partiyanın fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq", - deyə Srbui Qalyan qeyd edib.
visiontv.az