Kuşner Ukrayna ilə bağlı danışıqların əsas məqsədini açıqladı
24.11.2026

Ukrayna ilə bağlı danışıqlarda əsas məqsəd sadəcə atəşkəs deyil, Rusiya və Avropa arasındakı əlaqələrin yenidən qurulmasıdır.

Bu fikirləri  ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Cared Kuşner "New York" dərgisinə müsahibəsində deyib.

"Ehtimal ki, insanların birlikdə yaşaması və ortaq fəaliyyət göstərməsi üçün bir yol mövcuddur", - deyə Kuşner qeyd edib.

C.Kuşner Ukrayna rəhbərliyinin danışıqları açıq şəkildə aparma vərdişinin səmərəsiz olduğunu vurğulayıb. O əlavə edib ki, münaqişə başa çatdıqdan sonra Ukraynanı daha firavan gələcək gözləyir.

Daha əvvəl D.Tramp qeyd etmişdi ki, Vladimir Putin Ukrayna böhranının diplomatik yolla həllində maraqlıdır, lakin Rusiya rəhbərinin  Zelenski ilə olan münasibətləri razılaşmanın əldə olunmasına əngəl yaradır.

visiontv.az