Ermənilər "Real Ermənistan"dan niyə qaçırlar: Paşinyan "Dövləti qorumalıyıq" deməklə köç psixologiyasını dayandırmağa çalışır.
İkinci Qarabağ müharibəsindən sonra Nikol Paşinyanın ən çox təkrarladığı cümlə budur. “Bizim sahib olduğumuz ən vacib şey Ermənistan dövlətidir. Biz bu dövləti var gücümüzlə qorumalıyıq”. Paşinyan niyə hər dəfə ermənilərə dövlətin varlığını xatırladır? Baş nazir 2024-cü ildən sonra yeni bir termin ortaya atdı. “Real Ermənistan” və “Tarixi Ermənistan”. O açıq dedi. “Tarixi Ermənistan” dənizdən dənizə, Ağrı dağından Qarabağa qədər xəyali bir mifdir. “Real Ermənistan” isə 29.743 kvadrat kilometr beynəlxalq tanınmış ərazidir. Bu, Ermənistan tarixində ilk dəfə idi ki, bir lider öz xalqına deyirdi ki, bizim vətənimiz mif deyil, sərhədi olan kiçik bir torpaqdır. Niyə bunu deməyə məcbur oldu? Bir. Çünki 30 il Ermənistan dövlət kimi yox, ideya kimi yaşadı. Qarabağda qondarma rejim, Böyük Ermənistan xəyali, xaricdən idarə olunan siyasət. Nəticədə 2020-ci ildə müharibədə məğlub olanda məlum oldu ki, ortada dövlət yoxdur, 2 milyonluq əhalisi olan, ordusu olmayan, iqtisadiyyatı Rusiyadan gələn pul köçürmələrindən asılı olan bir əraz var. İki. Forpost düşüncəsi. Erməni siyasi tarixinin ən böyük paradoksu budur ki, Ermənistan həmişə böyük güclərin himayəsində yaşamağa öyrəşib. XIX əsrdə Rusiya imperiyasının Cənubi Qafqazdakı xristian dayağı, Sovet dövründə Moskvanın forpostu, müstəqillikdən sonra Rusiyanın bazası, son illərdə isə Fransa və ABŞ-nin dırnaqarası demokratiya forpostu kimi təqdim etdiyi ölkə. Bu, dövlətçilik üçün təhlükəli modeldir. Çünki vətəndaş düşünür ki, məni Rusiya, Fransa və yaxud Amerika qorumalıdır. Torpağı özü qorumalı olduğu düşüncə arxa plana keçir. Nəticə də nə olur? Himayədar zəifləyəndə cəmiyyətdə bura təhlükəlidir, getmək lazımdır psixologiyası yaranır. Paşinyan dövləti qorumalıyıq deyərək bu köç psixologiyasını dayandırmağa çalışır. Üç. Demoqrafik faktlar. Rəsmi statistikaya görə Ermənistanın əhalisi 1991-ci ildə 3 milyon 600 min idi. 2024-cü ildə rəsmi rəqəm 2 milyon 930 min göstərilir, amma real daimi yaşayan əhali 1 milyon 800 min - 2 milyon arasıdır. BMT-nin miqrasiya hesabatında bu qeyd olunur. Yalnız Rusiyada 2 milyon 500 min erməni yaşayır. Yəni Ermənistanın özündən çox erməni Rusiyada yaşayır. ABŞ-da 1.5 milyon, Fransada 600 min erməni var. Son bir ildə Ermənistandan 150 mindən çox insan gedib. Yəni erməni toplumu torpağa bağlı deyilsə, onlar üçün vətən harada dolanışığım yaxşıdırsa oradır prinsipinə çevrilir. Dörd. Azərbaycanla müqayisə. İki mənzərə təqdim edim. Azərbaycan. 30 il torpağından didərgin düşən 1 milyon azərbaycanlı 30 il çadırda yaşadı, amma Qarabağa qayıdacağıq dedi. 2020-ci ildən sonra 40 mindən çox insan öz dogma yuruna qayıdıb. Ermənistan. Heç kim onları qovmadığı halda özləri çıxıb gedir. Qarabağdan könüllü köç, İrəvandan Moskvaya, Los-Ancelesə köç. Bu iki model dövlətin gücünü göstərir. Birində vətəndaş dövlət üçün torpağı qoruyur, digərində dövlət vətəndaşı saxlaya bilmir. Nəticə olaraq deyim ki, Paşinyan dövləti qorumalıyıq deyəndə əslində 3 şeyi etiraf edir. İndiyə qədər dövlətimiz olmayıb, ideyamız olub. Himayədarlarımız bizi qorumaqdan vaz keçə bilər. Əgər biz özümüz bu torpağa sahib çıxmasaq, bu torpaq boşalacaq.
Dürüst olsa da gecikmiş açıqlamadır. Buna görə Paşinyanın bir çıxış yolu qalır. Azərbaycanla tezliklə sülh müqaviləsi imzalasa, Real Ermənistan yaşayacaq. Yox, yenə Tarixi Ermənistan xəyali ilə forpostluq davam etsə, Paşinyanın qorxduğu olacaq dövləti qorumağa adam qalmayacaq.
Şöhrət El-Dəniz
visiontv.az