Həmədan-Savə magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu haqda yerli media məlumat yayıb.
Sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər həlak olub, 24 nəfər yaralanıb.
Qəzanın sürücünün yatması səbəbindən baş verdiyi bildirilib.
Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
visiontv.az