Azərbaycan səmasında uçuşlarda fasilə olarsa...
28.09.2026

Rusiya, Səudiyyə Ərəbistanı, Sudan və Somalidən keçən marşrutların bağlı və ya təhlükəli olması səbəbindən Şərqlə Qərb arasındakı uçuşların böyük bir hissəsi İranın və Qafqaz regionunun hava məkanından keçir.

Bunu İran rəsmi televiziyasında yayımlanan verilişdə ekspert beynəlxalq uçuş xəritəsini və regionun hava dəhlizlərini təhlil edərək iddia edib.

Onun sözlərinə görə, bu marşrutlarda xüsusən də Azərbaycanın hava məkanında fasilə və ya təhlükə yaradılacağı təqdirdə, Qərb aviaşirkətlərinə ağır iqtisadi təzyiq göstərmək, tranzit və yanacaq xərclərini onlar üçün kəskin şəkildə artırmaq mümkündür. Onun sözlərinə görə, bu addım Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalara və hava təzyiqlərinə qarşı bir təsir vasitəsi kimi istifadə oluna bilər.

visiontv.az