SEPAH Hörmüzdə gəmilərə hücum etməklə danışıqlar prosesini pozur
SEPAH Hörmüzdə gəmilərə hücum etməklə danışıqlar prosesini pozur
28.09.2026 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ və İran arasında Nyu-Yorkda keçirilən danışıqlar, xüsusilə xarici işlər naziri Abbas Əraqçi ilə Uytkoff arasında aparılan müzakirələr oldu. İran tərəfi ABŞ-a yeddi bənddən ibarət təklif təqdim edib və atəşkəs tələbini irəli sürüb. Görünür, tərəflər arasında bu həftə də danışıqların davam etdirilməsi nəzərdə tutulur və prosesə Prezident Məsud Pezeşkianın müşavirləri də cəlb olunub.

SEPAH-ın müəyyən qanadının da bu danışıqlara dəstək verdiyi görünür. Əhməd Vahidi də prosesə müsbət yanaşdığını bildirib. Lakin danışıqlar prosesinin başlaması ərəfəsində son iki gündə SEPAH-ın Hörmüz boğazında tankerlərə və ticarət gəmilərinə hücumlar həyata keçirməsi proseslə bağlı ciddi suallar yaradır.

Bu vəziyyət SEPAH daxilində danışıqlara münasibətdə fikir ayrılıqlarının olduğunu göstərir. SEPAH-ın Cəlili qanadı və sərt mövqedə dayanan qüvvələrin ABŞ-la danışıqların başlanmasında maraqlı olmadığı və Hörmüz boğazındakı aksiyalarla Vaşinqtonla Tehran arasında başlayan diplomatik prosesi pozmağa çalışdığı görünür.

Bununla yanaşı, SEPAH daxilində müəyyən qrupların Pezeşkian administrasiyasının danışıqlarına yaşıl işıq yandırması İran siyasi və hərbi elitasında fərqli yanaşmaların mövcud olduğunu göstərir. Bu fikir ayrılıqları ölkənin onsuz da mürəkkəb olan daxili və xarici vəziyyətini daha da çətinləşdirir.

Əgər İran tərəfi Hörmüz boğazında tankerlərə və ticarət gəmilərinə qarşı hücumları davam etdirərsə, ABŞ-la hər hansı anlaşmanın əldə olunması daha da çətinləşə bilər. Bu isə Vaşinqtonun noyabrdan sonra İrana qarşı hərbi təzyiqi artırması riskini gündəmə gətirə bilər.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini

visiontv.az