İsrailin BƏƏ-də səfirliyi açıldı
25.01.2021

İsrailin BƏƏ-də səfirliyi açıldı.

Visiontv.az-ın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, İsrail Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində yeni səfirliyin fəaliyyətə başlaması ilə əlaqədar yazılı açıqlama yayıb. Yazılı açıqlamada bildirilir ki, yeni səfirlik Abu Dabi şəhərində fəaliyyət göstərəcək. 

Bundan əlavə, səfirliyin daimi iqamətgah tapılana qədər müvəqqəti ofislərdə fəaliyyət göstərəcəyi diqqətə çatdırılıb. Faktı Birləşmiş Ərəb Əmirlikləri hökuməti də təsdiqləyib.