İraqlı siyasətçi İran İslam Respublikasında mümkün çöküş ssenarisinin İraqın siyasi sisteminə təsir etməyəcəyini bildirib.
İraq parlamentinin üzvü Hənnan əl-Fətlavi ərəbdilli televiziya kanallarından birinə verdiyi açıqlamada deyib ki, İranda baş verə biləcək proseslər Bağdadın siyasi strukturunu sarsıtmayacaq.
Əl-Fətlavi eyni zamanda bölgədə gərginliyin artmasının təhlükəli nəticələrə yol aça biləcəyini vurğulayıb. Onun sözlərinə görə, İraq ərazisinin İran da daxil olmaqla hər hansı ölkəyə qarşı hücumlar üçün istifadə olunması ölkəni istənməyən münaqişələrə sürükləyə bilər. (Iranintl)
Xatırladaq ki, yanvarın 15-də İranın dəstəklədiyi şiə qrupların daxil olduğu Koordinasiya Şurası İraq ərazisinin İslam Respublikasına qarşı hərbi əməliyyatlar üçün istifadəsinə açıq etiraz edib.
visiontv.az
“Müctəba Xameneyinin Londondakı mülkü İsrail diplomatlarını izləmək üçün istifadə olunur”