İranlı qadın sərt hicab qanunlarına əməl etmədiyi üçün təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb
05.11.2024

Buna etiraz etmək üçün o, alt paltarında qalana qədər soyunb.

Tələbə xanım şənbə günü Tehranın İslami Azad Universitetinin elm və tədqiqat şöbəsində ciddi hicab qaydalarına əməl etmədiyi üçün təcavüzə məruz qaldığı və paltarının cırıldığı bildirilir.

Sosial şəbəkələrdə geniş yayılan videoda tələbə qızın alt paltarda universitet şəhərciyində gəzdiyi əks olunub. Daha sonra isə o, polis tərəfindən saxlanılıb və həbs edilib...

Amnesty International tələbə qızın dərhal azad olunmasını tələb edir.

Elbəyi Həsənli

visiontv.az