Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi ilə əlaqədar tədbirlər davam etdirilir
Videonu Aç
30.10.2024

Məlumat verildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri müvafiq tədbirlərin görülməsinə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Visiontv.az-a verilən məlumata görə, hazırda Nazirliyin qüvvələri tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülərək yaranmış təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.