ABŞ Dövlət Departamentinin İranın nüvə proqramı barədə məlumat verən şəxslərə 20 milyon dollara qədər mükafat təklif etməsi Tehranın sərt etirazına səbəb olub.
GünazTV xəbər verir ki, İranın IRIB telekanalının məlumatına əsasən, ölkənin xarici işlər naziri Abbas Araqçı bununla bağlı BMT-yə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) etiraz məktubu ünvanlayıb.
İranın xarici işlər naziri ABŞ-nin bu addımını “nifrət doğuran və təəssüfverici” adlandırıb.
ABŞ Dövlət Departamentinin “Ədalət naminə mükafat” (Rewards for Justice – RFJ) proqramı çərçivəsində elan etdiyi təklifə əsasən, İranın nüvə proqramı haqqında məlumat təqdim edən şəxslər 20 milyon dollara qədər mükafat ala bilərlər.
Proqram çərçivəsində məlumat verən şəxslərin və onların ailə üzvlərinin başqa ölkəyə köçürülməsi imkanı da nəzərdə tutulur.
visiontv.az