İranın Qafandakı yeni baş konsulu Davud Yayçı konsulluq mandatının (icazə sənədinin) surətini Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi David Karapetyana təqdim edib.
Söhbət zamanı Yayçı Sünik əyalətinin (Zəngəzur) İran üçün strateji əhəmiyyətinin vacibliyini vurğulayıb. O, habelə, iki ölkə arasında sərhədyanı gediş-gəliş prosesinin asanlaşdırılması və sürətləndirilməsi üçün birgə səylərin vacibliyini qeyd edib.
David Karapetyan isə İranla iqtisadi əməkdaşlığın inkişafına verilən əhəmiyyəti vurğulayaraq, bu sahədə tərəfdaşlığın genişləndirilməsi üçün birgə fəaliyyətin zəruri olduğunu bildirib. O, yeni baş konsula vəzifəsində uğurlar arzulayıb.
visiontv.az