Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
16.10.2026

2025-ci ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib.

Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski  “Al Jazeera“ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin yanvarından etibarən  ABŞ Ukraynanın müdafiəsinin maliyyələşdirilməsinə vəsait ayırmayıb və bu ehtiyacların maliyyələşdirilməsini əsasən  Avropa öz üzərinə götürüb.

Sikorski  ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsi məsələsinə də toxunub. O bildirib ki, Ukraynanın belə məlumatları əldə etdiyi digər mənbələr də var.

visiontv.az