İran adlanan ölkədə məcburi hicab tərəfdarı olan fars mollası öz bacanağı ilə cinsi münasibətdəymiş.
Möhsün Ejei: «problemləri ailənin daxilində həll etmək» lazımdır
2023-cü ilin avqustunda iffət və məcburi hicab tərəfdarı kimi çıxış edən və dövlət idarələrində vəzifə sahibi olan bir neçə sivil şəxs və mollanın öz aralarında cinsi əlaqədə olduqları ifşa edilmişdi. İran adlanan ölkənin Məhkəmə Hakimiyyətinin rəhbəri Möhsün Ejei isə hələ o zaman bu cür məsələlərin ictimailəşdirilmədən ailənin daxilində həll edilməli olduğunu bildirmişdi.
Möhsün Ejeinin bu açıqlamasının 2023-cü ilin yayında Gilan vilayətində bir-birinin ardınca gündəmə gələn cinsi qalmaqallar fonunda səslənməsi insanlar tərəfindən ikrah və nifrət hissi ilə qarşılanmışdır. Deməli, Gilan vilayətinin Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktoru Rza Səqəti ilə bağlı qalmaqal hələ səngiməmiş, Gilan vilayətinin «Yaxşılığa dəvət və pislikdən çəkindirmə» qərargahının müavini Mehdi Haqşünasla onun arasında cinsi münasibətlərə dair filmlər sosial şəbəkələrdə yayılmışdı.
Həmin dövrdə yayılan məlumatlara görə, Mehdi Haqşünas Sepaha bağlı Gilan vilayətinin «Yaxşılığa dəvət və pislikdən çəkindirmə» qərargahının müavini və məcburi hicabın tərəfdarı olan bir molla idi. Onun bacanağı olan şəxslə cinsi münasibətdə olduğunu göstərən görüntülərin yayılması ciddi ictimai müzakirələrə səbəb olmuşdu.
2023-cü ilin yayında baş verən bu qalmaqallar beynəlxalq medianın da diqqətini cəlb etmişdi. Böyük Britaniya və ABŞ mediasında yayımlanan materiallarda hakimiyyət nümayəndələrinin ictimaiyyətə təlqin etdikləri əxlaq normaları ilə bağlı iddiaları ilə real davranışları arasındakı ziddiyyət və riyakarlıq məsələsi müzakirə olunmuşdu. Həmçinin İranın qanunvericiliyində eynicinsli cinsi münasibətlərə görə ölüm cəzasının nəzərdə tutulmasına diqqət çəkilmişdi.
Amma həmin iki bacanaq molla heç bir cəza almadı.
Sadiq İsabəyli
visiontv.az