İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
12.06.2026

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinə cəhd olunub.

Dövlət  Sərhəd  Xidmətinin Mətbuat  Mərkəzindən  verilən xəbərə görə, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından  Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. 

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

visiontv.az