İranda Xameneiyə qarşı çıxan din xadiminə ağır cəza verildi
11.04.2025

İranda məşhur din xadimi Məhəmməd Cavad Mohəqqeq Yəzdi Qum şəhər məhkəməsi tərəfindən ağır həbs cəzasına məhkum edilib.

Bu barədə Məhəmməd Cavad Yəzdi özünün sosial media hesabında paylaşım edərək məlumatı təsdiqləyib.

O, paylaşımında “İsraili dəstəkləmək” ittihamı ilə 4 il, “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə 1 il, “Xomeyni və Xameneyini təhqir etmək” ittihamı ilə iki il həbs, eyni zamanda “dini libasdan daim məhrumetmə” cəzasına məhkum edildiyini bildirib.

visiontv.az