İranda radikal qüvvələrin komandanı öldürülüb
10.09.2026

Sistan və Bəluçistan əyalətinin Rask şəhərində yarıhərbi radikal “Bəsic” qüvvələrinin komandanı Əbdülrauf İshaqi evinin qarşısında güllələnib.

Məlumata görə, İshaqi motosikletli şəxslər tərəfindən hədəfə alınıb və hadisə yerində ölüb. Hücum edənlər isə hadisədən sonra ərazidən uzaqlaşıblar.

Hələlik heç bir qrup hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. 

Qeyd edək ki, ötən il ərzində sözügedən əyalətdə ən azı 95 hərbçiyə silahlı hücum edilib. Onlardan 60-ı ölüb, 35-i isə yaralanıb.

visiontv.az