Xalidə Hicranın 4 cildlik “Hikmət Xəzinəsi” əsərinin 3-cü cildindən poetik nümunələr
07.09.2026

Asıb – kəsmə dalıyca miskin birini Bil, asandır öldürmək gücsüz dirini.

Sus, ey dil, şirin deyilsə dediyin söz, 
Dilin qoy dincəlsin, sözünü desin göz.
                        *
Ey zavallı bəndə, axtarma ədalət, 
Ədalət olarsa, bağlanmaz bəsirət.
                        *
Oldunsa vəfasıza qarşı vəfalı, 
Gərək ürəyin ola çox dayanıqlı.
    *
Bir vacib məsələ var, gərək biləsən, 
Əmanətə xəyanətdən sən çəkinəsən.
                        *
Görmədim, "əmanətə edə xəyanət", 
Və o kəs el içində qazana hörmət,
    *
Gər yatsan çəmənzarda, olasan xoşhal, 
Çalış, ordan qəlbinə düşməyə bir xal.
    *
Bir işin səbəbkarı vardırsa əgər, 
Özü öz ayağıyla qarşına gələr.
    *
Torpaq udur nə canlı var yer üzündə, 
Yoxdur müqəddəs kimsə onun gözündə.
    *
Azadə dilin olsa da cəfası çox, 
Təkcə düz sözün əvəzi heç yerdə yox.
    *
Unutmuş haqqı kimlərin ki kefi saz, 
Əli göyədir, kiminsə kefi nasaz.
    *
Dünya bənizi solmuş gözələ bənzər, 
Çün hər gələn bir azın viranə eylər.
    *
Edərsə birin şad-xürrəm, bunu billǝm, 
Sorma məndən əbədi olduğun deyəm.
    *
Tələsik yoldan təmizlənsə gər zibil, 
Bil ki, bir azdan çalınacaqdır təbil.
    *
Yanmış ocağın külünü sovsa yellər, 
O da gücünü belə bəlli eyləyər.
    *
Aldatmış olsa da qəriblik səni, bil, 
Qəlb qan ağlasa da, dili ötər dil-dil.
    *
Yazılarsa bir iqbala şəkər ilə bal, 
Kim bəxtəvərə deyər, məndən uzaq qal?
    *
Olsaydı çayların avazı əgər nəğmə, 
Dağ çayı zilə, aran çayı çəkər bəmə.
    *
Meylini sal elmə övladın uşaq çağı, 
Su ver fidana ki, yaşıl olsun gül bağı.
    *
Kim istər tanıya qəlb ilə duru suyu, 
Qəlb var, meyvə çürüyü, ya mələktək huyu.
    *
Həkimin əvvəlcə dili həkim olmalı, 
Yoxsa bu keyfiyyət dərman olmaz faydalı.
    *
Qəlb var ki tərəzi, haqqı haqq ilə çəkir, 
Kimin qəlbi nasazdır, daşı yana çəkir.
    *
Yolun uzunluğu əgər məlumun olsa, 
Onu başa vurarsan, əgər əcəl qoysa.
    *
Eşq bir dəryadırsa, hicranı başsız gəmi, 
O dəryada üzər hər tərəfə dərd-qəmi.
    *
Zuhr eylədi eşq, qəlb üçün, ey badü-səba, 
Eşqsiz sən, ey könül, sanki uçuq xaraba.
    *
Uğur çeşməsinə kim tapmasa cığırı, 
Düşünməsin ki, budur yolun axırı.
    *
Çətinlik də əyəmmir məqsəd yönlünü, 
Görsə, daş qırılır külüngün gücünü.
    *
Ey insan, cahan qanunudur ta əzəldən, 
Xəncər yarasından ölür xəncər düzəldən.
    *
Səbirlə təbərzə olar, ey çiçək, səndən, 
Verərsə, yüz dən göyərər, tək bircə dəndən.

Çəksən qəlbini qəm dolu karvana tərəf, 
Qocalıq gəncikən səni alacaq hədəf.

Qəlb xoşhal olur eşqlə qurulan komadan, 
Yoxsa səsi gələcək bir özgə yuvadan.
    *
Bir bədənə bəs etmirsə əgər bircə baş, 
İşini səhmanla gör ki, ağrımasın baş.
    *
Gölməçədən olmaz göl, yüz üstə yüz gəl, böl, 
Gölü yüz yer bölsən, o yenə olacaq göl.
    *
Sevdalı bir başı axtarma hər məkanda, 
Onu axtarsan gər, axtar col-biyabanda
    *
Hüzurun qaynağı əgər deyilsə qəlb, ürək, 
O kas hara getsə, narahatlıq hiss edəcək
    *
Tərpənməsən oturduğun isti yerindən. 
Onda şikayət etmə işin gedişindən.
    *
Yoxdursa mənfəət əgər gördüyün işdə, 
Az qalır dilə gələ ağızda diş də.
    *
Tülkünün olsa da çox ecazkar hiyləsi, 
Quyruğu ona dərddir, soyulur dərisi.
    *
Dediyin sözlərin əgər ünvanı qəlbsə, 
Təəccüblənmə eşidənin nəfəsin kəssə.
    *
Hər bir kəsin qəlbi cavabdehdir sözünə, 
Ondandır hər kəsin sözü bənzər özünə.
    *
Kamil insan ucaldıqca sadələşir, 
Cahil insan ucalarsa, burnu dikəlir.
    *
Yoxdur insana tay, qəlbi ilə verə pay, 
Bir versən, əvəzin gəl onu yüzlərlə say.
    *
Hər doğan ulduzdan olmasa da bir zöhrə, 
Ağaca bənzər gövdəsi, gər versə pöhrə.
    *
Zəmidə çoxalsa əgər alaq otları
                                               Qoymazlar boy atsın, faydası olanları 
.    *
Tənqid əsil tənqiddirsə, faydası olar, 
Qərəzlisə, kimi bərkidər, kimi qırar.
    *
Tədarük kim görsə əgər yayda, payızda, 
Qışda kefi saz olacaq soba başında.
    *
Yol boyu düşünsən, diləyin hasil ola, 
Gərək o yoluna diləyin hakim ola.
    *
Özgəyə dəyirsə əgər möhkəm bir təpik, 
Sanma, saman çuvalına dəyir o təpik.
    *
Kim ki gülsə rəqibinə sidqi ürəkdən, 
Güclü olsa belə, yerə düşəcək bərkdən.
    *
Hərcayı-hərcayı kim gülüb etsə tənə, 
Ona cavab vermək qəbahətdir, bil, sənə.
    *
Qəlbin açılmırsa əgər tək bircə gün, bil, 
Nə sevinc əbədidir, nə kədər, bunu bil.
    *
Vardırsa təknədə olub-qalan son çörək, 
Sabahını düşünən, qənaətlə yeyəcək.
    *
Yol var, sənə müvafiq, yol var, sənə rafiq, 
Yol seç ki, həm olsun rafiq, həm də müvafiq.
    *
Öyrənmək istəsən, dinləməyi biləsən, 
Bilmədiyin öyrən, heç vədə gec demə sən.
    *
Ağıllıdır o başlar, öyrənməyə başlar, 
Ağılsızdır o başlar, öyrənəni daşlar.
    *
Bəxtin kəmsə əgər, ondan küsəsən necə? 
İzləyər səni, hara qaçsan gündüz-gecə.
    *
Ocaq isti versə, ətrafı olar dolu, 
Sönmüş bir ocaqdan hətta yan keçir dolu.
    *
Böyük şəxsiyyətlərin ürəyi böyük olur, 
O böyük ürəklər də bölük-bölük olur.

Xalidə Hicran

visiontv.az