İranda narazı iş adamının əmlakı müsadirə olundu
16.01.2026

İran hökuməti etirazçılara dəstək verdiyinə görə həbs olunan məşhur iş adamı Məhəmməd Səidiniyanın bütün əmlak və varidatını müsadirə edib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Səidiniya bir neçə gün əvvəl İranda etirazçılara dəstək paylaşımı etdiyinə görə həbs edilib.

O, İranın müxtəlif bölgələrində olan çoxsaylı kafe və şirniyyat evləri şəbəkəsinin sahibidir.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın baş prokuroru məhkəmə sisteminin başçısı və başqa rəsmilər tətil edən obyektlərin müsadirə olunacağı, sahiblərinin cəzalandırılacağını bildiriblər.

visiontv.az