İranda mediaya qarşı təzyiqlər davam edir
13.06.2024

İranda daha bir qəzetə qarşı cinayət işi açılıb.

Bu barədə İran Məhkəmə Sisteminin saytı "Mizan" məlumat yayıb.

Məlumata görə, Tehran prokurorluğu İranın məşhur tənqidçi media qurumlarından olan "Həm çihən" qəzetinə qarşı cinayət işi açıb.

Bildirilib ki, cinayət işi qəzetin sosial media hesabında "sual doğuran" materialın paylaşılması"na görə açılıb.

Bununla yanaşı qəzetin baş redaktoru Qulamhüseyn Kərbasçı da cinayət məsuliyyətinə cəlb olunub.

Prokurorluğun məlumatında qəzetin hansı məzmunlu material paylaşması barədə açıqlama verilməyib.

Qeyd edək ki, qəzetin baş redaktoru bundan əvvəl də fərqli mövqeinə görə bir neçə dəfə həbs olunub.

visiontv.az