İranda informasiyaya çıxış daha da məhdudlaşdırılır
19.07.2025

Biz yerli istifadəçiləri əmin etməliyik ki, milli informasiya şəbəkəsi təhlükəsiz mühitdə onların tələblərinə cavab verəcək.

Bunu Məsud Pezeşkianın birinci müavini Məhəmmədrza Arif deyib.

O, milli internetin işə salınması prosesinin sürətləndirilməsinə çağırıb və yerli mesajlaşma xidmətlərinin gücləndirilməsini istəyib.

Bununla yanaşı Pezeşkian hökumətinin sözçüsü Fatimə Mühacirani də milli internetin işə salınması barədə açıqlama verib:

"İsraillə müharibə vaxtı internetin bir neçə günlük dayandırılmasının səbəbi milli internetin işə salınması ilə bağlı aparılan işlər idi".

"Milli internet"in işə salınmasından sonra iranlı istifadəçilərin informasiya mənbələrinə, xüsusilə sosial şəbəkəyə çıxışları məhdudlaşaacaq.

Qeyd edək ki, prezident seçkiləri zamanı Məsud Pezeşkianın əsas vədlərindən biri internet azadlığı və filtrasiya ilə mübarizə idi.

visiontv.az