Mazandaran əyalətinin Sari şəhərinin cümə imamı Yasər Taheri öz evində bıçaqlanaraq qətlə yetirilib. Bununla bağlı, “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Hələlik hadisə yerində araşdırma aparıldığı bildirilib. Qətlin səbəbi və törədilmə üsulu meyitin məhkəmə-tibb ekspertizasına təhvil verilməsindən sonra açıqlanacaq.
visiontv.az