İranda daha 19 etirazçıya ağır cəza verildi
25.04.2026

İranın Qum şəhərində yanvar etirazları zamanı həbs edilən 19 nəfər barəsində həbs cəzası və cərimə hökmləri çıxarılıb.

Bu abrədə İran mediası məlumat yayıb.

"Düşmənlə əməkdaşlıq"da günahlandırılan şəxslərin hər birinə 4 ildən 13 ilədək həbs cəzası verilib və bundan əlavə cərimə ödəməyə məhkum ediliblər.

 Məhkumların kimliyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejeinin çağırışından sonra həbs olunan müxaliflərə qarşı cəza tətbiqləri gücləndirilib.

Ejei, müxaliflərə qarşı güzəşt etməməyə və onların sərt cəzalandırılmasına, əmlaklarının müsadirə edilməsinə çağırıb.

visiontv.az