İranda SEPAH və yarıhərbi radikal “Bəsic” qüvvələri “Canfəda” səfərbərlik kampaniyası çərçivəsində qadınlara hərbiləşdirilmiş vəzifələr üzrə təlim keçir.
Məlumata görə, təlim iştirakçılarının təxminən 32 faizini qadınlar təşkil edir. Hazırlıq proqramına tüfənglərdən istifadə, FPV dronlarının idarə edilməsi, tank əleyhinə silahlardan istifadə, şəhər şəraitində döyüş və ilkin tibbi yardım bacarıqları daxildir.
Bildirilib ki, Tehranda yalnız qadınlardan ibarət “Bəsic” çevik reaksiya taborları da yaradılıb.
“Canfəda” kampaniyası çərçivəsində ümumilikdə 1000 “Xalq Milli Müqavimət Taboru”nun yaradılması hədəflənir.
visiotv.az