İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
30.09.2026

İranın 66 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 140-cı dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, insan haqları təşkilatlarının hesabatlarına görə, cari ildə İranda 1000-dən çox məhbus edam edilib, onlardan 500-dən çoxunun kimliyi müəyyənləşdirilib.

visiontv.az