İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı yeni açıqlamalar verib.
Netanyahu bildirib ki, İsrail İrana qarşı hərbi tədbirlər görməsəydi, hazırda İranın İsraili məhv etmək üçün atom bombalarına sahib olması ilə üzləşə bilərdilər. O, İsrailin İranın nüvə və raket imkanlarına qarşı apardığı əməliyyatın böyük hissəsini tamamladığını deyib.
“İndi yenidən cəhd edəcəklər. Yenidən cəhd edirlər və məhv etdiyimiz oxu yenidən yaratmağa çalışacaqlar”, – deyə Netanyahu bildirib.
Nazir, habelə, İranın nüvə proqramına qarşı görülən işlərin təxminən 80-90 faizinin tamamlandığını və qalan hissənin də başa çatdırılmasının vacibliyini vurğulayıb.
visiontv.az