“Göydən benzin yağmayacaq”
08.09.2026

Tehran CNG Assosiasiyasının katibi Vəhid Səravənd İranda yaşanan yanacaq çatışmazlığı və benzin böhranı ilə bağlı hökuməti tənqid edib.

O, televiziya çıxışında ölkədəki mövcud vəziyyətə toxunaraq İran xalqına “özünüzü düşünün” çağırışı edib.

“Hakimiyyət bir növ səfalət içində ilişib qalıb. Hökumətin müəyyən miqdarda benzini və müəyyən miqdarda istehsal gücü var”, – Səravənd qeyd edib.

Assosiasiya rəhbəri benzin çatışmazlığının su böhranından fərqli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ötən il Tehranda su qıtlığı yaşansa da, payız aylarında yağan yağışlar nəticəsində su anbarları yenidən dolub.

Sitat: “Benzin problemi su problemi kimi deyil. Keçən il Tehranda bu vaxtlar su problemi yaşadıq. Payızda yağış yağdı və bəndlər doldu, amma ölkənin ehtiyatını və strateji benzin çənlərini doldurmaq üçün göydən benzin yağmır”.

visiontv.az