İran XİN: “Ermənilər bizim «qırmızı xətlərimizə» hörmət edəcəklərini deyiblər”
17.08.2025

İranın xarici işlər naziri Abbas Əraqçı Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanan bəyannamə ilə bağlı danışıb. O, bu sənədin detallarının hələ tam aydın olmadığını iddia edib.

Nazirin sözlərinə görə, Cənubi Qafqazda nəqliyyat marşrutları ilə bağlı baş verən proseslər Tehranın əvvəlki gözləntilərindən fərqlidir.

“Ermənilər bizə açıq bildirdilər ki, Tehranın bütün “qırmızı xətləri”nə hörmət edəcəklər. İran-Ermənistan sərhədində heç bir Amerika qüvvəsi yerləşdirilməyəcək”, - deyə, Əraqçı vurğulayıb.

visiontv.az