İran Suriyada “Ol əl-Bas” adlı yeni terror qrup yaradıb
10.04.2025

İslam Respublikasına bağlı qüvvələr ciddi zərbə alsa da, Suriyada ona bağlı “Ol əl-Bas” və ya “hakimiyyət sahibləri” adlı yeni qrup meydana çıxıb.

Bu barədə "Newsweek" nəşri məlumat yayıb.

"Özünü Suriyada islami müqavimət cəbhəsi kimi təqdim edən bu qruplaşma Amerika və Türkiyəyə qarşı mübarizə aparacaqlarını bildirib",- məlumatda deyilir.

Qruplaşma Amerikanın İsrail və Türkiyəyə dəstək verdiyini və bunun "qlobal xaos və terrorizmin yayılmasına" səbəb olduğunu iddia edib.

Amerika və İsrail mənbələri qruplaşmanın İran hökuməti tərəfindən formalaşdırıldığı və dəstəkləndiyini bildirirlər.

visiontv.az