İran son bir ildə Çindəki sanksiyalardan yayınma mexanizmləri ilə 2,5 milyard dollara qədər vəsait yönləndirib
11.09.2026

"Reuters"in yaydığı xəbərə görə, Tehran neft satışından əldə olunan gəlirlərdən Çin mallarının, ən azı bir halda isə hərbi texnika ilə bağlı müqavilələrin ödənilməsi üçün istifadə edib.

Reuters iki yüksək rütbəli iranlı mənbəyə və bu mexanizmlə tanış olan daha üç şəxsə istinadən bildirib ki, barterə bənzər bu mexanizm Tehrana İran neftinin satışından əldə olunan ödənişləri Çin mallarının idxalı üçün kreditlərə çevirməyə imkan verib. Beləliklə, vəsaitin beynəlxalq bank kanalları vasitəsilə birbaşa köçürülməsinə ehtiyac yaranmayıb.

Mənbələrin sözlərinə görə, İran bu sistemdən dərman, nəqliyyat vasitələri və rabitə avadanlıqları almaq üçün istifadə edib. Həmçinin ötən il ərzində İrana hava hücumundan müdafiə avadanlıqlarının tədarükü ilə bağlı milyonlarla dollar dəyərində olan müqavilələrdə də bu mexanizmdən istifadə olunub.

visiontv.az