BƏƏ-nin “Erem News” media orqanı ABŞ-nin Hörmüz boğazı ətrafındakı bəzi yaşayış olmayan İran adalarına dəniz piyadaları çıxarmaq üçün yeni ssenarini nəzərdən keçirdiyini açıqlayıb.
Məlumata görə, Pentaqonun ssenarisinin məqsədi həmin adalarda müşahidə məntəqələri və logistika bazaları yaratmaq, bununla da kommersiya gəmilərinin hərəkətini izləmək və qorumaqdır.
Bildirilir ki, belə bir əməliyyat zamanı USS Tripoli gəmisində yerləşdirilən F-35B qırıcıları hava dəstəyi təmin edə, İranın radar və sahil müdafiə sistemlərinə qarşı istifadə oluna bilər. Agentlik bunu ABŞ dəniz piyadalarının amfibiya gəmilərində keçirdiyi döyüş təlimləri ilə əlaqələndirib.
visiontv.az