Yəhudi yazıçının təxminləri
11.09.2026

2048-ci ildə İsrail dövlətinin 100 illiyinin tamam olacağ gözlənilir.

Lakin "1984" antiutopik romanındakı təqvimin keçmiş SSRİ-nin sonuncu mövcudluq ili olacağı elan edildiyi kimi, bəzi siyasi müşahidəçilər və ictimai xadimlər İsrail də 2048-ci ilə qədər mövcudluğunu dayandıracağını bildirirlər. Onların arasında tanınmış yəhudilər də var.

Məşhur İsrailli yazıçısı Den Perri də həmin şəxslərdən biridir.

Bir vaxtlar ABŞ-ın nüfuzlu "Assoşieyted Press" (AP) agentliyində baş redaktor kimi fəaliyyət göstərmiş Den Perri bugünlərdə İsrailin "Maariv" qəzetində dərc olunmuş məqaləsində xəbərdarlıq edərək bildirib ki, "İsrail 2048-ci ilə qədər yaşaya bilməyəcək".

O, seçkilər yaxınlaşdıqca ölkənin kritik bir nöqtəyə çatdığını deyir: daxili parçalanmalar, ABŞ və Avropa ilə münasibətlərin pisləşməsi, iqtisadi risklər və davamlı təcrid...

Perriyə görə, Netanyahunun növbəti seçkilərdə qələbəsi fəlakətə səbəb olacaq və müxalifət, qalib gəlsə belə, zəifləmiş bir dövləti miras alacaq.

Məqalədən sitat:

"Benjamin Netanyahu gələn ay sorğulara baxmayaraq qalib gələrsə, İsrail şiddətini şişirtmək mümkün olmayan bir fəlakətə doğru irəliləyəcək. Lakin sorğular doğru olarsa, müxalifət travma içində olan, qurumları zəifləmiş və beynəlxalq təcridi onun mövcudluğunu təhdid edən bir ölkəni miras alacaq. Yeni rəhbərlik milli xilasetmə baxımından düşünməlidir, çünki uğur qazanmaq üçün bu səviyyədə motivasiyaya ehtiyacı olacaq".

Bəs, yazıçı sözügedən məqaləsində çıxış yolu kimi nə təklif edir?

D.Perrinin təkliflərinin bir qismi:

- Təcili olaraq "xilas hökuməti" yaratmaq,

- Radikal siyasi və iqtisadi islahatlar aparmaq,

- 7 oktyabr uğursuzluqlarını araşdırmaq,

- Qərbi Şəriyadakı zorakılığı dayandırmaq,

- Demokratik institutları və məhkəmə müstəqilliyini gücləndirmək,

- Hərbi gücü sonsuz müharibələrə deyil, siyasi nəticələrə çevirmək.

Perrinin əsas mesajı isə budur ki, hazırkı siyasi kurs dəyişdirilmədikcə, hərbi üstünlük İsraili daxili çöküşdən və xarici təcriddən xilas etməyəcək.

Yazıçının bu təxminlərini və öncəgörmələrini ayıq bir təhlil kimi qiymətləndirən yəhudilər də, həddindən artıq pessimizm kimi dəyərləndirən yəhudilər də az deyil.

Bəybala Mirzəyev

visiontv.az