ABŞ-nin İrana mümkün hücumları ilə bağlı artan gərginlik fonunda İranın ali rəhbəri Əli Xameneyi ilə bağlı diqqətçəkən məlumat yayılıb.
“Iran International” telekanalının məlumatına görə, Xameneyi ilə görüşmək istəyən yüksək vəzifəli hökumət rəsmiləri onun yerləşdiyi sığınacağa gözləri bağlı şəkildə aparılır. Bildirilir ki, bu təhlükəsizlik tədbiri sığınacağın yerinin gizli saxlanılması məqsədi daşıyır.
Rəsmilər xüsusi təhlükəsizlik prosedurundan keçirilir və görüş məkanına çatdırılarkən onların ətraf mühitlə vizual təması məhdudlaşdırılır.
SEPAH zabitlərindən biri bildirib ki, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də yaxın zamanda Xameneyinin sığınacağında gözləri bağlı saxlanılan rəsmilər arasında olub.
Bundan əlavə, onun oğlu Məsud Xameneyinin ayətullahın ofisində gündəlik əməliyyatlara nəzarət etdiyi, digər oğlu Müctəbanın isə hökumət rəsmiləri ilə əlaqələri koordinasiya etdiyi bildirilir.
visiontv.az