Trampın İranın liderliyinə ÜÇ NAMİZƏDİ VAR
02.03.2026

ABŞ Prezidenti Donald Tramp İranın lider postuna üç namizədinin olduğunu bəyan edib.

Visiontv.az  Oxu.Az - a istinadən  xəbər verir ki, bu barədə "The New York Times" məlumat verib.

Nəşrin məlumatına görə, jurnalistlərlə söhbət zamanı  Ağ EV rəhbəri qeyd edib ki, İrana kimin rəhbərlik edə biləcəyi ilə bağlı onun çox yaxşı üç seçimi var.

Tramp həmin şəxslərin adlarını açıqlamaqdan imtina edib.

visiontv.az