Astara sərhəd keçid məntəqəsindən Azərbaycan, Çin, Fransa və Tacikistan vətəndaşlarının keçidi təmin olunub
02.03.2026

Bu gün səhər saatlarından Astara Sərhəd gömrük keçid məntəqəsindən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.

Visiontv.az  APA-nın cənub bürosuna istinadən  xəbər verir ki, bu dəqiqələrdə  Astara Sərhəd gömrük keçid məntəqəsindən 1 Fransa, 7 Tacikistan və  5 Azərbaycan vətəndaşının keçidi təmin olunub.

Gecə saatlarında isə 50 Çin vətəndaşının keçidi təmin edilib.

visiontv.az