Yaxın Şərqdə hansı ölkələrin hava məkanı bağlı qalır?
02.03.2026

Qətər, Bəhreyn və Küveytin hava məkanı bu gün ən azı daha 5 saat uçuşlar üçün bağlı qalacaq.

Bu barədə  Visiontv.az  TASS-a istinadən xəbər verir.

Qeyd olunub ki, sözügedən ölkələrin hava məkanı Bakı vaxtı ilə saat 14.00-a qədər bağlı qalacaq.

Bundan əvvəl Suriya üzərindən uçuş qadağası 24 saata qədər uzadılıb.

Məlumata görə, təkcə Omanın hava məkanı  Avropa ilə Asiya-Sakit okean regionu ölkələri arasında təyyarələrin tranziti üçün açıq olaraq qalır.

visiontv.az