İran nümayəndəsi BMT-nin Sosial İnkişaf Komissiyasının sədr müavini seçildi
12.02.2026

İran İslam Respublikasının nümayəndəsi Əmir Səid İrəvani, əsas prioriteti "demokratiyanı, gender bərabərliyini təşviq etmək, tolerantlığı və zorakılığa qarşı mübarizəni gücləndirmək" olan BMT-nin Sosial İnkişaf Komissiyasının sədr müavini seçilib.

Bu barədə BMT-nin media səhifəsində məlumat yayılıb.

Məlumata görə, İran nümayəndəsi komissiyanın iclasında iştirak edənlərin hamısının razılığı ilə bu vəzifəyə təyin olunub.

Bu qərar sosial şəbəkələrdə tənqid dalğası ilə qarşılanıb. Tənqidçilər bildirirlər ki, İslam Respublikasının insan haqları sahəsindəki vəziyyəti xüsusən son etiraz aksiyalarında törətdiyi qırğınlar, komissiyanın elan etdiyi məqsədlərlə uyğun deyil.

Qeyd edək ki, İranda son etirazlar zamanı minlərlə insan öldürülüb, 50 indən çox etirazçı isə həbs edilib.

visiontv.az