Amerika xəzinədarlıq katibi İranın yalnız kobud gücü başa düşdüyünü deyib
12.02.2026

Amerika xəzinədarlıq katibi Skott Bessent bildirib ki, İran yalnız güc dilini başa düşür və bu prezident Donald Trampın ölkəyə qarşı başqa bir hücum əmri verə biləcəyi ehtimalını artırır.

O bu barədə "Fox News"a verdiyi müsahibədə danışıb.

"İranlıların anladığı şey kobud gücdür, ona görə də istər maliyyə bazarlarında, istər hərbi sahədə, istərsə də Xəzinədarlıqda olsun, biz onlara maksimum təzyiq göstərmişik." - deyə o bildirib.

Qeyd edək ki, o bu fikirləri Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə Donald Tramp arasında baş verən görüşdən sonra səsləndirib.

visiontv.az