İran etirazlarında öldürülənlərin son sayı açıqlandı
12.02.2026

İranda keçirilən etiraz aksiyalarında öldürülən 7002 nəfərin kimliyi müəyyənləşdirilib.

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Öldürülənlərdən 214 hökumət məmuru, 216-ı azyaşlı və 66-ı etiraz aksiyalarında iştirak etməyən mülki şəxslərdir.

Bununla yanaşı ölkənin müxtəlif bölgələrində 52941 nəfər həbs edilib.

Təsdiq olunmamış bəzi məlumatlara görə, aksiyalarda öldürülənləri sayının 30 mindən çoxdur.

visiontv.az