İran avviaşirkətləri uçuşlarda yalnız fars dilindən istifadə etməli və başqa dillərdə sərnişinləri salamlamamalı, təlimat verməməlidirlər.
Bu barədə İran Mülki Aviasiya Təşkilatının İctimaiyyətlə Əlaqələr bölməsi məlumat yayıb.
"Ölkəmizdə müxtəlif etnik qruplar, o cümlədən kürd, lur, gilək, ərəb, bəluc və s. dillərdə danışır və fərqli istiqamətlərə uçarkən ölkənin rəsmi dili olan fars dilindən başqa dillərdə danışılması xaos və nizamsızlığın yaranmasına səbəb ola bilər",- məlumatda bildirilib.
Qeyd edək ki, ötən ilin oktyabr ayında Şərqi Azərbaycana məxsus "Ata" Aviaşirkətinin təyyarəsində sərnişinlərə Azərbaycan türkcəsində "xoş gəldin" deyilməsi mliyyətçi dairələrin və bəzi rəsmilərin etirazları ilə qarşılaşmışdı.
Buna baxmayaraq, bir müddət sonra adı çəkilən hava yolları şirkəti yenidən sərnişinləri Azərbaycan türkcəsi və ingiliscə salamlamağa başlayıb.
Təbrizin "Azərəncümən" nəşrinin yazdığına görə, İran Mülki Aviasiya Təşkilatının yeni qərarı isə bununla bağlıdır.
Ata aviaşirkəti 2018-ci ildə "Traktor" Futbol Klubunun sahibi, tanınmış azərbaycanlı iş adamı Məhəmmədrza Zunuzi tərəfindən təsis edilib.
visiontv.az