İran həbsxanalarında 20 məhbus edam edildi
04.12.2025

İki gün ərzində İran həbsxanalarıda daha 20 məhbusun edam hökmü yerinə yetirilib.

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Edam edilən məhbuslar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar.

Edam edilənlərdən ikisinin əfqanistan vətəndaşı olduğu bildirilib.

Bununla yanaşı Simnan əyalətində məhkumun edam cəzası ictimaiyyətin gözü qarşısında yerinə yetirilib.

Qeyd edək ki, cari ildə 41-i qadın olmaqla 1400-dən çox məhbus edam edilib, onlardan 1300-dən çoxunun kimliyini müəyyənləşdirmək mümkün olub.

Bəzi insan haqları təşkilatları isə edam sayının 1500-dən çox olduğu barədə məlumatlar yayıblar.

visiontv.az