İran futbolunda Sərdar Azmunla bağlı şok iddia
19.05.2026

Sərdar Azmun İran millisindən kənarda qaldı. Dubay hakimi ilə şəkilləri mübahisə yaratdı.

İran milli futbol komandasının baş məşqçisi Əmir Qələnoei 2026 Dünya Kuboku üçün 30 nəfərlik heyəti açıqlayıb.

Açıqlanan siyahının ən diqqətçəkən məqamı İran millisinin təcrübəli hücumçusu Sərdar Azmunun heyətdə yer almaması olub.

Sərdar Azmun İran milli komandasının tarixində Əli Daeidən sonra ən çox oyun keçirən və ən çox qol vuran futbolçulardan biri hesab olunur.

Onun heyətdən kənarda qalması, Dubay hakimi ilə çəkilmiş şəkillərinin yayılmasından sonra gündəmə gəlib və bu qərar ətrafında mübahisələrə səbəb olub.

visiontv.az