İran dost-düşmən ayırmadan bölgəni hədələyir
19.05.2026

İran parlament sədrinin müavini: Neft obyektlərimiz vurularsa, bölgədəki enerji hədəflərini vuracağıq.

İran parlamentinin sədr müavini Həmidrza Hacıbabayi mümkün növbəti müharibədə İranın neft obyektlərinə hücum ediləcəyi təqdirdə, Tehran rejiminin bölgədəki enerji infrastrukturunu hədəfə alacağını bildirib.

O deyib: “Əgər bizim neftimizi vuracaqlarsa, biz də bölgənin neftini vurmalıyıq. İstər dost olduğumuz ölkə olsun, istər dostluq iddiasında olan ölkə olsun, istərsə də düşmənçilik iddiasında olan ölkə olsun.”

Hacıbabayi Birləşmiş Ərəb Əmirliklərini “düşmənçilik iddiasında olan” ölkələr sırasında göstərib.

visiontv.az